logo

Doctor
Ruslan
Rəsul

Plastik, Rekonstruktiv və Estetik Cərrah

ÜZ PLASTİKASI

SİNƏ PLASTİKASI

Gördüyümüz işlər


Endoskopik
Sinə böyütmə

Qadınların arzusunda olduğu bədən quruluşunu əldə etmək üçün müraciət etdiyi geniş yayılmış plastik əməliyyatlardan biri də endoskopik sinə böyütmə əməliyyatıdır. Bu əməliyyat aşağıdakı səbəblərə görə edilə bilir:
- Sinənin şəxsi səbəblərə görə kiçik olduğunu düşünən qadınların bədən konturlarını düzəltmək;
- Hamiləlikdən sonra sinənin həcminin azalmasını düzəltmək;
- Ölçülərdə simmetriyanı təmin etmək;
- Müxtəlif vəziyyətlərdə sinəni yenidən qurmaq;
- Tibbi və ya kosmetik səbəblərdən sinə implantlarını (protez) dəyişdirmək üçün.

Rinoplastika
əməliyyatı

Rinoplastika nedir? Burun estetik emeliyyati haqqinda nələri bilirik? Rinoplastika emeliyyatindan sonra nə baş verir? Bütün bu suallara cavab vermək üçün bu haqda məqalə yazmağa qərar verdim. Rinoplastika burun tənəffüsü xətasını bərpa edir. Pasiyentin üz detallarına optimal estetik forma verir. Burunun ən vacib vəzifəsi nəfəs alma funksiyasıdır. Buna görə əməliyyatın başlıca məqsədi bu funksiyanın qorunması və yaxşılaşdırılmasıdır. Rinoplastika həm funksionallıq, həm də estetika məqsədilə aparılır. Çox insan burun əməliyyatı üçün Iranda və Turkiyede cərrah axtarır. Lakin mənim tərəfimdən Azərbaycanda, Bakida rinoplastika əməliyyatı peşəkar səviyyədə həyata keçirilir.

Qaş
qaldırma

Qaş qaldırma endoskopik qaş qaldırma və alın gərmə əməliyyatı tərkib hissəsidir. O, dərin qırışlardan qurtulmağa kömək edir. Problemli bölgələrdə dərini gərməyə imkan verir. Tətbiq ediləcək texnika seçimi pasiyentin üz quruluşunun anatomik özəllikləri ilə şərtlənir. Qiyməti də üsul və texnikaya görə dəyişir. Bu əməliyyatı mən plastik cerrah Mübariz Məmmədli Bakıda peşəkar şəkildə həyata keçirirəm. Beləliklə, xanımların bella eyes, tülkü göz, pişik göz, badam göz kimi xəyallarının gerçəyə çevrilməsi çox asandır.

Üzgərmə

Üz gərmə əməliyyatının ən çox axtarılan plastik cərrahiyyə prosedurlarından biri olmasının bir səbəbi var. Üzümüz dünyaya təqdim etdiyimiz görüntüdür və bir çox cəhətdən necə göründüyümüzü müəyyənləşdirir .Yaşlandıqca bir zamanlar hamar olan üz dərisində qırışlar əmələ gəlir və əvvəllər sıx olan dəri sallanır. Üzgərmə yaranmış sallanma və qırışları aradan qaldırır və istənilən yaşdakı pasientlər üçün daha gənc, daha parlaq bir görünüş verir.