Sinənin rekonstruksiyası

admin
Plastik cərrahiyyə
181

Sinənin rekonstruksiyası edilməsi döşün hissəvi və ya şiş toxuması ilə birlikdə kəsilib götürülməsidir(mastektomiya) zamanı tətbiq edilir. Son illərdə qadınların əksəriyyəti rekonstruktiv əməliyyata döşlərinin plastik əməliyyat vasitəsilə gözəl görünməsi məqsədilə müraciət edir. Döşün bərpa edilməsi isə döş xərçəngi zaman döşün tamamilə kəsilib götürülməsi zamanı müraciət edilir.Bu əməliiyatdan sonra qadınlar tam sağlam həyata başlaya bilirlər.Döşün bərpa edilməsi əməliyyatı qadınlara özünü fiziki və psixi sağlam hiss etdirir. Çünki,bərpa edilmiş döş,sağlam döşdən heç nə ilə fərqlənmir. Adətən döşün rekonstruksiyası əməliyyatını qadınlar düşünülmüş şəkildə etdirdikləri üçün onun texnologiyası ilə məlumatlanmış olurlar. Bəziləri onkoloji əməliyyatlardan sonra döşün rekonstruksiya edilməsini məsləhət bilmirlər. Onların  fikrincə bu əməliyyat xərçəngin residiv verməsinə səbəb ola bilir.Amma mütəxəssislər döşün bərpa edilməsi əməliyyatının şüa müalicəsinə və kimyaterapiyasına əks-göstəriş olmadığını deyirlər. Əməliyyatdan sonra həkimlərin dediklərinə əməl eləmək,vaxtaşırı həkim müayinəsində olmaq orqanizmi zəifləməyə və xərçəngin yenidən əmələ gəlməsinə yol vermir. Mastektomiyadan sonra döşün bərpa edilməsi əməliyyatdan sonra tez bir zamanda baş verir.Qadının arterial təzyiqi yoxdursa bu zaman bərpaetmə əməliyyatı döş götürülən zaman bərpa edilir. Plastik döş əməliyyatının məsədi nədir? Döşün bərpa edilməsi əməliyyatında məqsəd döşün və döş giləsinin təbii formada görünməsi ilə qadının psixoloji problemlərinin əmələ gəlməsinin qarşısının alınmasıdır. Əməliyyat zamanı döşlərin simmetrik durmasına diqqət yetirilir. Çünki,burada əsas məqsəd estetik ghörünüşün bərpa olunmasıdır. Əməliyyat plastik cərrahla onkoloqun birlikdə planlaşması nəticəsində həyata keçirilir.Döşün bərpa edilməsi əməliyyatının 2 növü var:1 Biretaplı – Bu zaman xəstənin döşü götürülən anda yerinə yeni döş tikilir. 2 Planlı – Bu zaman döş götürüləndən sonra xəstə ikinci dəfə planlı surətdə əməliyyat edilir və xəstəyə yeni döş tikilir. Bu zaman əmliyyat bir-neçə ay və ya il sonra baş verə bilir. Əməliyyat xəstənin öz toxumalarından və ya başqa implatın döşü  vasitəsilə edilir. Ən çox xəstənin qarının aşağı  hissəsinin toxumasından kəsilib döş nahiyəyə əməliyyat edilir.скачать dle 11.1смотреть фильмы бесплатно


"Sinənin rekonstruksiyası"
üzrə Plastik cərrah Tibb Elmləri Namizədi
Dr.Babayev Rəşadın əl işləri