Mədə kiçildmə

admin
Plastik cərrahiyyə
200

Bariatriya tibb elminin çəkini azaltmaqla əlaqədar fəasliyyət göstərən bölməsidir. Bu bölmədə arıqlamaq üçün aparılan əməliyyatlardan,həkim nəzarəti altında qida qəbul edərək arıqlamaqdan və bədən ölçüsünün kiçildilməsindən bəhs edilir. Bariatriya sözünü əslində dietologiya sözü ilə yanaşı işlətmək olar,amma ,bariatriya dedikdə ilk növbədə insanın ağlına cərrahi əməliyyatlar vasitəsilə arıqlamaq metodları gəlir. Uğurla həyata keçirilən bariatik əməliyyat zamanı insanın 50% artıq çəkidən xilas olması mümkündür. Bu nəticəni əməliyyatdan sonbra 5 il əırziondə əldə etmək mümkün olur. Artıq çəki xroniki residivləşmiş xəstəlik hesab edilir.Bariatik əməliyyat keçirmiş hər bir xəstəyə qida rasionunsa nəzarət etmək tapşırılır. Çünki, nəzarətsiz qida qəbulu itirilmiş çəkinin asanlıqla geri qayıtmasına səbəb ola bilir. Artıq piylərdən cərrahi üsullarla xilas olmaq beynəlxalq bariatrik cərrahlar assosiasiyası və endokrinoloqların göstərişi ilə tətbiq edilir. Cərrahi əməliyyatın tətbiq edilməsinə isə xəstənin çəki indeksi əməliyyatın tətbiqinə uyğun olaraq aparılmalıdır. Belə ki,xəstənin çəkisi nornadan 35-40 kq artıq olduqda əməliyyat etmək mümkün sayılır. Artıq piyin əmələ gətirdiyi xəstəliklər bu əməliyyatların baş verməsinin mütləq olmasını təsdiq edir. Bariatrik əməliyyatın aşağıdakı növləri var: - mədəyə bandaj qoyulması - mədənin şuntlanması - biliopankreatik şuntlanma - qastroplastika - mədə daxilinə balonun qoyulmasıBariatrik əməliyyatlar 3 qrupa bölünür. Birinci qrupa mədəyə balon və ya bandaj qoyulması, ikinci qrupa mədə və bağırsaqlarda qidalanmaya meyl yaradan hissələrin şuntlanması,üçüncü qrupa isə mədənin ölçüsünün azaldılması aiddir. Dünya praktikasında bariatrik əməliyyatların bir neçə qəbul edilmiş  standartları var.Amma,bariatrik əməliyyata müxtəlif səbəblərdən arıqlamaq mümkün olmadıqda müraciət edilir.скачать dle 11.1смотреть фильмы бесплатно