Ümumi cərrahiyyə

admin
Plastik cərrahiyyə
199

Cərrahiyyə tibb elminin böyük bir sahəsini əhatə edən bölməsidir. Bu sahə xəstəliklərin cərrahi yolla müalisəcini təmin edir, çünki,bəzi xəstəliklərin müalicəsi yanlız cərrahi yolla mümkün olur və cərrah tərəfindən həyata keçirilir. Müasir tibbdə cərrahi xəstəliklərin sayı artdıqca ona olan ehtiyac da çoxalır.Bu səbəblərdən cərrahi əməliyyatların aşağıdakı növləri ayırd dilir: İrinli cərrahi əməliyyatlar Bu əməliyyatlar irinli xəstəliklərin dərman vasitləri ilə müalicəsi mümkün olmadıqda baş verir. İrinli proseslər yumşaq və ya sərt toxumada əmələ gələ bilir. Bu proseslərə fleqmona, abseslər, osteomielitlər, karbonkullar və s. aiddir. Qarın boşluğu üzvlərinin cərrahiyyəsiBu əməliyyatlara mədə-bağırsaq sisteminin xəstəlikləri (öd kisəsi ,qara ciyər, mədəaltı vəz və s.) aiddir. Bariatrik cərrahiyyə: bu cərraiyyə metodlarına çəkinin azaldılması istiqamətində aparılan əməliyyatlar daxildir. Uroloji cərrahiyyə növlərinə sidik sistemi orqanlarında aparılan əməliyyatlar aiddir.Ginekologi cərrahiyyə qadın cinsiyyət orqanları və onların artımlarının cərrahi xəstəlikləri ilə məşğul olur. Proktologiya yoğun bağırsaq,düz bağırsaq və onun cərrahi xəstəlikləri ilə məşğuldur.Mamalogiya süd vəzinin cərrahiyyəsi ilə məşğul olur. Angiologiya, flebologiya qan damarlarının cərrahi xəstəlikləri ilə məşğul olur (endateriit,varikoz genəlmə və s.). Uşaq cərrahiyyəsi uşaqların cərrahi xəstəliklərini müalicə edir. Onkologiya onkoloji xoşxassəli və bədxassəli şişlərin cərrahi yolla müalicəsi ilə məşğuldur. Neyrocərrahiyyə beyin və onurğa beyinin xəstəlikləri və onların müalicəsi ilə məşğul olur. Kardiocərrahiyyə ürək xəstəliklərini cərrahi yolla müalicə edir.Bu əməliyyatlara bütün ürək qüsurları,ürəyin işemik qüsurları və s aiddir. Göz cərrahiyyəsi müxtəlif göz xəstəliklərini cərrahi yolla müalicə edir.Müasir tibbin ikişafı ilə əlaqədar olaraq əldə edilən nəaliyyətlər tibbin inkişafına səbəb olub.Bu səbəblərdən də tibb elmi günü-gündən durmadan inkişaf edir. Bu isə hər bir cərrahın öz sahəsi ilə məşğul olmasına səbəb olur.Buna görə də hər bir cərrah öz sahəsi üzrə püxtələşir və öz sahəsinin yeni nəaliyyətlərini öyrənir.скачать dle 11.1смотреть фильмы бесплатно