Qluteoplastika

admin
Plastik cərrahiyyə
254

Qluteoplastika nədir? Arxa hissənin cərrahi yolla şəkilləndirilməsi qlüteoplastika adlanır. Bu əməliyyat arxa əzələlərində anadangəlmə anomaliya və ya çatışmazlıq olan adamlar üçün nəzərdə tutulub. Ən çox həddindən artıq arıqlayan zaman əzələ kütləsini itirmiş insanlar arxa hissəsində xoşagəlməz görüntü səbəbli bu əməliyyata müraciət edirlər. Bəzən də müxtəlif travmalardan sonra arxa hissədə əmələ gələn eybəcərliklərin aradan qalxması üçün qlüteoplastika əməliyyatına ehtiyac duyulur. Müasir günümüzdə isə bu əmliyyata gözəl bədən quruluşuna və arxaya sahib olmaq üçün müraciət edilir.Əməliyyata yetkinlik yaşına çatmış kişi və qadınlar müraciət edə bilərlər. Arxa hissənin korreksiyası müxtəlif implantların köməyi vasitəsilə formaya salınır.Əməliyyat zamanı arxa hissəni istənilən ölçüdə  korreksiya eləmək mümkün olur. Bu ölçü cərrahın nəzərə aldığı və ya xəstənin istədiyi ölçüdə ola bilir. Əməliyyat nəticəsində arxa hissəni dairəvi, dik və ya oval şəklə salmaq mümkün olur. Arxa hissəyə endoprotezin qoyulması eynən döş əməliyyatında olduğu kimi tətbiq edilir. Bu zaman protezin tərkibi ya geldən,ya da duz məhlulundan ibarət olur. Öz işini yaxşı bilən mütəxəssislər tərəfindən qoyulmuş protezlər onu gəzdirən adamda heç bir discomfort hissi yaratmır. Daxili protezin yerləşdiyi nahiyədən və ölçüsündən asılı olmayaraq onu gəzdirənlər aşağıdakı qaydaya əməl etməlidirlər. Bu qaydaya aiddir:* Həmin hissəyə ineksiya etmək olmaz.Əgər xəstəyə iynə vurmaq lazım gələrsə bu zaman bud nahiyədən istifadə etmək lazımdır.Əməliyyata əks göstərislər:* Xroniki xəsəliklərdən əziyyət çəkən xəstələrin  kəskinləşmə dövrü.* Virus infeksiyalarına yoluxma* Qan sisteminin xəstəlikləri* Şəkərli diabet xəstəliyi* Ürək-damar xəstəlikləriQlüteoplastika əməliyyatları zamanı protezin ölçüsü və forması həkimlə pasientin birlikdə müzakirəsindən sonra dəqiqləşir.Sonra xəstə lazım olan müayinələrdən keçir. Əməliyyat 1,5-2 saat keçir və bir-neçə etapdan ibarət olur:
1Əvvəlcə implant yerləşdirilir.
2 Sonra arxa hissənin aralıq nahiyəsində olan xətt düzənlənir.Bu xəttin uzunluğu 7 sm olur.
3 Dəridə olan çatışmazlıqlar,qırışlar qaydaya salınır və kosmetik tikiş atılır.
Əməliyyatdan sonra xəstə 1 gün xəstəxanada qalır,sonra evə buraxılır. Amma,bir müddət xəstə həkimin nəzarəti altında olur və xüsusibandajk taxır.скачать dle 11.1смотреть фильмы бесплатно