Liposaksiya əməliyyatı

admin
Plastik cərrahiyyə
233

Liposaksiya əməliyyatı etdirmək lazımdırmı? Liposaksiya bədəndə olan piy toxumalarını xaric etməklə bədən fiqurasının konturlarının korreksiya edilməsidir. Bu proses vakkumlu sorucu tərəfindən həyata keçirilir. Bu əməliyyata ən çox qadınlar bud və qarın bölgəsini korreksiya etmək üçün müraciət edirlər. Əməliiyat yığılıb qalmış artıq piylərin xaric olunmasına və qadının gözəl bədən quruluşuna sahib olmasına səbəb olur.Liposaksiya zamanı vakkum sorucusu dəridən açılan kiçik kəsikdən içəri yeridilir və piylərin ən çox toplanığı nahiyədə saxlanılaraq əməliyyat həyata keçirilir. Liposaksiya əməliyyatının bir-neçə növü var: Vakkum liposaksiyası. Bu ən köhnə üsul sayılır. Bu zaman cərrah əllə işləyir və əməliyyatın nəticəsi onun qabiliyyətindən asılı olur. Vakkum liposaksiyası zamanı qarında kiçik bir kəsik açılır, lazım olan alətlər həmin dəlikdən içəri daxil edilir və vakkumla piylər orqanizmdən sorularaq xaric edilir.Bu metod zamanı zədələnmələr əmələ gələ bilir və xəstə ən azı 2 ay bandajla gəzməli olur. Ultrasəslə liposaksiyaBu zaman piy toxuması ultrasəsin köməyi vasitəsilə parçalandırılır. Bu metodla əməliyyat olduqda daha çox həcmli piy toxuması xaric edilir, amma, toxumalarda termiki zədələnmələr baş verir. Zədələnmələrin yeri isə gec sağalır. Bu əməliyyatdan sonra xəstələrə ən azı 1 ay bandajla gəzmək məsləhət görülür. Soft – lipmodel: bu əməliyyat liposaksiyanın ən müasir metodudur. Soft-lipmodel zamanı piy toxuması yüksək tezlikli cərəyanların təsiri ilə xaric edilir. Həkimlər bu əməliyyatdan sonra 2 həftə bandaj taxmağı məsləhət bilirlər. Soft-lipmodel əməliyyatından sonra xəstə 2-3 gün stasionar şəraitində qalır və sonra rahatca işinə davam edir. Bu əməliyyat zamanı fiquranı ilk dəfədən dəyişdirməmk üçün birinci əməliiatda 2 litrdən çox piy götürmək məsləhət görülür. Çünki, az miqdarda piyin xaric edilməsi bədənin korreksiyasına pis görüntü verə bilər və xaric edilən piylərin yerinə yeni piy toxuması meydana gələ bilər.Həkimlər artıq çəki olmadıqda liposaksiya vasitəsilə bədənə korreksiya verilməsinin əleyhinədirlər. Onlar arıqlayan adamlara ən azı yarım il əməliyyatdan uzaq durmağı tövsiyə edirlər. Çünki, yenidən kökəlmə baş verə və korreksiya edilmiş nahiyələrin konturları korlana bilər. Əgər sizdə 20 kq artıq çəki varsa bu zaman piyləri xaric etməklə bədəninizə gözəl korreksiya verdirə bilərsiniz,amma,bu zaman sizə 10 əməliyyat keçirmək lazım gəlir.скачать dle 11.1смотреть фильмы бесплатно


"Liposaksiya əməliyyatı"
üzrə Plastik cərrah Tibb Elmləri Namizədi
Dr.Babayev Rəşadın əl işləri